“Bilik Günü” və yeni dərs ilinin başlanması münasibəti ilə tədbir keçirildi

     16 sentyabr “Bilik Günü” və 2019/2020-ci tədris ilinin başlanması münasibətilə Yasamal rayonunn bütün təhsil ocaqlarında olduğu kimi 158 nömrəli tam orta məktəbdə də tədbir keçirildi. Bu  tədbirlərdə  rayon icra hakimiyyətinin məsul işçiləri, məktəbin müəllim və şagird kollektivi, valideynlər və  ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Tədbirdə çıxış edən məktəbin direktoru Mehriban Ələkbərova məktəb haqqında və onun son illər əldə etdiyi naliyyətlərlə bağlı ətraflı məlumat verdi. O, çıxışında göstərdi ki, məhz Ölkə  Prezidenti cənab İlham Əliyevin  təhsilə olan diqqəti və qayğısının nəticəsidir ki, bu gün rayonumuzun demək olar ki, əksər məktəbləri  ən müasir tələblərə cavab verən yeni binalarda fəaliyyət göstərir. 158 nömrəli tam orta məktəbdə də müəllim və şagirdlərimiz üçün bütün şərait yaradılmışdır. M.Ələkbərova məktəbin kollektivi adından qonaqları əmin etdi ki, məktəbimiz əvvəlki ən-ənəsinə sadiq qalaraq bundan sonra da bütün qüvvəsi ilə çalışaraq cəmiyyətimiz üçün əsl vətənpərvər və savadlı kadrlar yetişdirəcəkdir.

​     Sonra Yasamal Rayon İcra Hakimiyyətinin məsul işçisi Vasif Əkbərov çıxış edərək bütün təhsil işçilərini, müəllimləri, şagirdləri və valideynləri yeni dərs ilinə başlamaları münasibətilə təbrik etdi, onlara fəaliyyətlərində yeni-yeni uğurlar arzuladı. V.Əkbərov çıxışında qeyd etdi ki, Ölkə Prezidenti  cənab İlham Əliyevin Təhsil sisteminin maddi-texniki bazasının  möhkəmləndirilməsinə göstərdiyi yüksək qayğı və diqqət  rayonumuzda da  öz  müsbət nəticələrini  verir. Son illər rayonumuzda  tikilib istifadəyə verilən məktəblərdən biri də 161 nömrəli tam orta məktəbdir ki, onun da bu gün açılışı olacağını və balalarımızın istifadəsinə veriləcəyini tədbir iştirakçılarının diqqətinə çatdırdı.

​     Yeni dərs ilinin başlanması ilə əlaqədar keçirilən tədbirlərdə direktorun müavinləri, müəllimlər,  valideynlər və ictimaiyyətin nümayəndələri çıxış edərək öz xoş arzularını bildirdilər.

​     Sonda birincilərin hazırladıqları şer kompazisiyası söylənildi və yeni tədris ilinin başlandığını bildirən ilk zəng səsləndi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi