Məktəbdə əlverişli təlim və inkişaf mühitinin yaradılmasına həsr edilmiş Pedaqoji Şuranın iclası keçirilib

       

      22 may 2019-cu il tarixdə 158 №-li tam orta məktəbdə Təhsil Nazirinin “Ümumi təhsil müəssisələrində əlverişli təlim və inkişaf mühitinin təmin edilməsi üzrə tədbirlər barədə” 13.05.2019-cu il tarixli F-260 nömrəli əmri və bu əmrdən irəli gələn vəzifələrə həsr olunmuş Pedaqoji Şura keçirildi. İclasda məktəbin 168 pedaqoji işçisi iştirak edirdi. Şuranın sədri məktəb direktoru Mehriban Ələkbərova mövzu ilə bağlı geniş məruzə ilə çıxış etdi. Məktəbdə tərbiyə işinin təşkili, sağlam mənəvi – psixoloji mühitin yaradılması, məktəb-ailə münasibətlərinin tənzimlənməsi, təhsilalanların təhlükəsiz təhsil şəraitin təmin olunması sahəsində görülən işlərdən danışdı.

    Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavinləri Zərifə Hüseynova, Xalidə Mustafayeva, Qərənfil Bəxtiyarova və Nübar Həmzəyeva məruzə ətrafında çıxış etdikdən sonra  sinif rəhbərlərinin və müəllimlərin problemləri və təklifləri dinlənildi. Tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) Qabil Nəsibov məktəbdə valideyinlərin təlim-tərbiyə və idarəetmə prosesində yaxından iştirakını nəzərdə tutan ictimai özünüidarə orqanının (komitənin) yaradılması və fəaliyyətinin təşkili ilə bağlı təklif və fikirlərini söylədi, risk qrupuna daxil olan təhsilalanların valideyinləri ilə fərdi görüşlərin təşkil edilməsinin vacibliyindən danışdı. Məktəbin psixoloqu Almaz Qasımova risk qrupuna daxil olan hər bir təhsilalanla bağlı tədbirlərin həyata keçirilməsi və bütün tədbirlərin qeydiyyata alınmasının tərbiyə işində faydasından, psixoloji maarifləndirmə, psixoloji profilaktika, psixoloji məsləhətin tərbiyə işində rolundan, uşaq və yeniyetmələrin davranış qüsurları və onların aradan qaldırılımasının pedaqoj-psixoloji imkanlarından danışdı və müəllimləri düşündürən suallara cavab verdi.

       Sonda məktəbdə əlverişli təlim və inkişaf mühitinin təmin edilməsi məqsədi ilə Pedaqoji Şura qərar qəbul etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi