Şəhid Aydın Daxil oğlu Rəhimovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

         12 iyun 2019-cu il tarixində 158 №-li tam orta məktəbdə Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “20 Yanvar” İctimai Birliyinin təşkilatçılığı ilə “Yeniyetmələr və gənclər arasında qəhrəmanlarımızın tanıdılması” layihəsi çərçivəsində kapitan Rəhimov Aydın Daxil oğlunun xatirəsinə həsr olunmuş tədbir keçirildi. Azərbaycan Respublikasının Dövlət Himninin ifası və torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın ruhunun bir dəqiqəlik sükutla yad edilməsindən sonra məktəbin direktoru M.Ələkbərova tədbirin mahiyyətindən danışdı və qonaqları tədbir iştirakçılarına təqdim etdi.

     Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli, “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin sədri ehtiyatda olan polkovnik Mehdi Mehdiyev, “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Yasamal rayon şöbəsinin sədri ehtiyatda olan polkovnik-leytenant Bəhram Şeydayev, Ehtiyatda olan Zabitlər Konfederasiyasının sədr müavini ehtiyatda olan polkovnik Xətai Baxışov və Azərbaycan Respublikası “20 Yanvar” İctimai Birliyinin sədri Sultan Əzimzadə çıxış edərək Qarabağ müharibəsi, müharibə qəhrəmanları, şəhid kapitan Rəhimov Aydın Daxil oğlu haqqında ətraflı məlumat verdilər, xoş xatirələrini tədbir iştirakçıları ilə bölüşdülər. Şəhid Aydın Rəhimovun qızı Cəlaliyə Abdullayeva çıxış edərək atasının əziz xatirəsini daim yad etdiklərinə görə tədbiri hazırlayanlara və tədbir iştirakçılarına ailə üzvləri adından minnətdarlığını bildirdi.

     Tədbirin sonunda şagirdlərinin ifasında vətənpərvərlik şerləri səsləndi və mahnılar ifa olundu. Şagirdlərə hədiyyələr verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi