Heydər Əliyev Mərkəzinin parkında Uşaq festivalı keçirilib

       Heydər Əliyev Fondunun təşkilatçılığı, Təhsil Nazirliyinin dəstəyi ilə iyunun 1-də Heydər Əliyev Mərkəzinin parkında Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan Uşaq festivalı təşkil olunub. Tədbirdə 158 №-li tam orta məktəbin şagird, müəllim və valideyinləri də iştirak ediblər. Festival çərçivəsində uşaqların maraqlarını əhatə edən, dünyagörüşlərini genişləndirən müxtəlif zonalarda ayrı-ayrı yaş qrupları üzrə əyləncəli və maarifləndirici proqramlar təqdim edilib. Uşaqlar müxtəlif attraksionlarda, buz meydançasında əylənib, şahmat oyununda, eləcə də bir sıra idman növlərində özlərini sınayıblar, rəngarəng musiqi proqramlarını və aktyorlarının ifasında müxtəlif tamaşalar izləyiblər.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi