“28 May – Respublika Günü” münasibəti ilə tədbir keçirildi

    27 may 2019-cu il tarixində 158 №-li tam orta məktəbin Akt zalında Respublika gününə həsr edilmiş tədbiri keçirildi. Tədbiri açıq elan edən məktəbin direktoru Mehriban Ələkbərova tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik etdi.

    Tədbirdə “Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə müsəlman Şərqində ilk parlamentli respublikanın Azərbaycanda yaradılması, AXC-nin mövcud olduğu dövrdə həyata keçirilən işlər, AXC-nin görkəmli nümayəndələri” mövzusunda çıxış edən məktəbin tarix müəllimi Mətanət Əliyevaya Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev xalqımızın XX əsrdə əldə etdiyi ən böyük nailiyyətlər sırasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını, onun gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacağı fikrini tədbir iştirakçılarının nəzərinə çatdırdı. Natiq çıxışında qeyd etdi ki, Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqımızın tarixi keçmişinin öyrənilməsi kimi məsələləri daim diqqət mərkəzində saxlayır. Hər il 28 May – Respublika Günü münasibəti ilə Prezident İlham Əliyevin adından rəsmi qəbullar təşkil olunur, bu əlamətdar günlə bağlı dövlətimizin başçısı xalqı təbrik edir.

    Tədbirin sonunda şağirdlər “28 May – Respublika Günü” münasibəti ilə hazırladıqları kompozasiyalarla çıxış etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi