“Valideynin məktəbdə bir günü” adlı layihə çərçivəsində görüş keçirilib

           Bakı şəhəri 158 №-li tam orta məktəbdə 24.05.2019-cu il tarixində “Valideynin məktəbdə bir günü” adlı layihə çərçivəsində görüş keçirildi. Görüşdə məktəbin pedoqoji kollektivi və valideynlər iştirak etdilər. Məktəbin direktoru Mehriban Ələkbərova tədbiri açıq elan edərək layihənin əhəmiyyəti barədə danışmaq üçün sözü direktorun tərbiyə işləri üzrə müavini Qabil Nəsibova verdi. Q.Nəsibov çıxışında qeyd etdi ki, layihə valideynlərin məktəb mühiti ilə daha yaxından tanış olmasını təmin edir. Həmçinin müəllim – valideyn münasibətlərinin inkişafı baxımından əlverişli psixoloji mühitin yaradılmasında mühüm rol oynayır.

       Daha sonra valideynlər məktəb mühiti ilə tanış oldular, onlara məktəbin fəaliyyəti, tədris prosesi barədə ətraflı məlumat verildi. Siniflərdə təşkil olunmuş nümunəvi dərslər dinlənildi.

      Tədbirin proqramına uyğun olaraq seminarda məktəbin direktoru Mehriban Ələkbərova  şagird-müəllim-valideyin münasibətlərinin hərtərəfli müzakirə edilməsi, fikir mübadiləsi yolu ilə ortaq məxrəcə gəlinməsini valideyinlərdən xahiş etdi. İlk öncə direktorun tədris (təlim-tərbiyyə) işləri üzrə müavinləri Qərənfil Bəxtiyarova, Xalidə Mustafayeva və Nübar Həmzəyeva şagirdlərin il ərzində tədrisdən əldə etdikləri nailiyyətlər haqqında valideynləri məlumatlandırdılar. Valideynlər məktəb mühitinə göstərə biləcəkləri töhfələr barədə fikirlərini bildirdilər. Valideynlərin təklifləri dinlənildi və tədris prosesinin təşkilinin daha da təkmilləşdirilməsi ətrafında səmərəli fikir mübadiləsi aparıldı.  

         Görüşün sonunda 1”Ç” sinif şagirdlərinin hazırladıqları ədəbi-bədii kompazisiyalar da nümayiş olundu. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi