“İngilis dilində şer müsabiqəsi” adlı tədbir keçirilib

       158 №-li tam orta məktəbin xarici dil müəllimləri və V, VI, VII sinif şagirdləri, həmçinin Azərbaycan Dillər Universitetinin Metodika kafedrasının müəllimi Səmədzadə Fatimə təcrübəçi tələbələrlə birgə 23 may 2019-cu il tarixdə “İngilis dilində şer müsabiqəsi” adlı tədbir keçiriblər. 429”A” qrupunun təcrübəçi tələbələri müsabiqədə fəal iştirak ediblər.

      Tədbirdə iştirak edən məktəbin direktoru Mehriban Ələkbərova təcrübəçi tələbələr qarşısında çıxış edərək müəllimlik sənətinin və müəllim nüfuzunun şəxsiyyətin formalaşmasındakı böyük rolundan danışaraq  qeyd edib ki, bu baxımdan tələbələrin ali məktəb həyatında əlamətdar hadisə sayılan pedaqoji təcrübə dövrünün böyük əhəmiyyəti var.  Şer müsabiqəsini yüksək səviyədə təşkil etdiklərinə görə onlara təşəkkür etdiyini bildirən məktəb direktoru təcrübəçi tələbələrə müəllimlik fəaliyyətlərində uğurlar arzulayıb.

       Sonda fərqlənən şagirdlər mükafatlandırılıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi