İ.Şıxlının 100 illik yubleyi münasibəti ilə tədbir keçirilib

       22 may 2019-cu il tarixdə 158 №-li tam orta məktəbin kitabxanasında müəllimlərin və VI”D” sinif şagrdlərinin iştirakı ilə İsmayıl Şıxlının 100 illik yubleyi münasibəti ilə onun həyat və yaradıcılığına həsr olunmuş tədbir keçirildi. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Priyeva Təranə İ.Şıxlının həyat və yaradıcılığından danışdı. O, çıxışında qeyd etdi ki, İsmayıl Şıxlının məqalələri, rəyləri, çıxışları həmişə ədəbi ictimaiyyətin marağına səbəb olmuşdur. İ.Şıxlı əsərlərində olduğu kimi  həmişə bu istiqamətdəki yaradıcılığında da xalqın ürəyindən keçənləri demişdir. Elə bu səbəbdən də xalqın sevimlisinə çevrilmişdir.

      Məktəbin direktoru Mehriban Ələkbərova çıxış edərək qeyd etdi ki, İsmayıl Şıxlı fiziki cəhətdən aramızda olmasa da, ruhən, mənən bizimlədir. Onun əsərləri öz aktuallığını itirməyib, bu gün də maraqla oxunur.

      Tədbir şagirdlərin ifasında İ.Şıxlının “Namərd gülləsi” və “Kerç sularında” hekayələri əsasında hazırlanmış səhnəciklərlə davam etdi.

      İsmayıl Şıxlının 100 illik yubleyi silsilə tədbirlərlə davam etdirilir.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi