Azərbaycan – Almaniya dostluq münasibətlərinə həsr olunmuş tədbir keçirilib

       20.05.2019-cu il tarixində 158 №-li tam orta məktəbdə Xarici Dillər Universitetinin təcrübə keçən tələbələri və məktəbin 5”D”, 7”D”, 8”D” sinif şagirdlərinin iştirakı ilə birgə tədbir keçirildi. Tədbiri açıq elan edən alman dili müəllimi Almas Qasımova qonaqları tədbir iştirakçılarına təqdim etdi və Azərbaycan-Almaniya dostluq münasibətlərindən danışdı.

       Tədbirdə Almaniyadan gələn qonaqlar, universitetin müəllimləri, məktəbin rəhbərliyi, valideynlər iştirak etdilər. Tədbirdə alman dilində hazırlanmış səhnəcik, mahnılar, rəqslər nümayiş olundu.

     Tədbirin sonunda Almaniyadan gələn qonaqlar şagirdlərə alman dilində yazılmış müxtəlif kitablar hədiyyə etdilər.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi