M.P.Vaqifin həyat və yaradıcılığına həsr olunmuş tədbir keçirilib

        15 may 2019-cu il tarixdə 158 №-li tam orta məktəbin kitabxanasında IX və X sinif şagrdlərinin iştirakı ilə M.P.Vaqifin həyat və yaradıcılığına həsr edilmiş tədbir keçirilib. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Xuraman Əliyeva Molla Pənah Vaqifin həyat və yaradıcılığından danışdı. Vaqifin öz dövrünün böyük şairi, mütəfəkkiri və dövlət xadimi olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı. O,  Vaqifin ədəbiyyatımızın inkişafında, ana dilimizin zənginləşməsində böyük xidmətlərinin olduğunu xüsusi qeyd edərək bildirdi ki, hər bir azərbaycanlı bu gün Vaqifin yaradıcılığını oxuyur və asanlıqla başa düşür. Onun qədər Azərbaycan dilində sadə, aydın və anlaşıqlı üslubda yazan şairlərimizin az olduğunu qeyd etdi.

      Məktəbin tərbiyə işləri üzrə direktor müavini Qabil Nəsibov milli özünüdərkin M.P.Vaqif yaradıcılığında daha güclü olmasından danışdı. O,  Vaqifin saray adamı olmaq, vəzir kimi çalışmaqla yanaşı, həm də el-obaya, xalqa yaxın insan olmasını xüsusi olaraq qeyd etdi. Xalqın içərisindən çıxıb dövlət səviyyəsinə yüksəlmək və yaradıcılığında xalqın ruhunu, dövlətdə siyasi fəaliyyət qabiliyyətini, bacarığını qoruyub saxlamağın Vaqifə məxsus xüsusi keyfiyyət olmasını tədbir iştirakçılarının nəzərinə çatdırdı.

      Tədbir şagirdlərin ifasında M.P.Vaqifin əsərlərindən hazırlanmış ədəbi-bədii kompazisiyalar, şerlər və səhnəciklərlə davam etdi.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi