Bakı Şəhəri Üzrə Təhsil İdarəsinin iş planında nəzərdə tutulan mövzu üzrə dərs keçirilmişdir

     158 №-li tam orta məktəbdə VIII və IX sinif şagrdlərinin iştirakı ilə Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planı əsasında Bakı Şəhəri üzrə Təhsil idarəsinin birgə İş Planında nəzərdə tutulan “Şagirdlərin hərbi-idman oyunlarında daha da fəal iştirakının təşviqi, bu oyunlarda hər bir məktəbin öz komandası ilə təmsil olunması” mövzusu üzrə 2019-cu ilin 8 may tarixində dərs keçirilib. Məktəbin GÇHR Azər Bağırov mövzu ilə bağlı şagirdlər qarşısıbda çıxış edərək müasir dövrdə hərbi-idman oyunlarının gənc nəslin hərtərəfli inkişafında, hərbi-vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını xüsusi olaraq vurğuladı. O, qeyd etdi ki, tərbiyənin bu növünün həyata keçirilməsi nəticəsində gənclərə və məktəblilərə vətənə sədaqət, onun müdafiəsinə daim hazır olmaq hissləri aşılanır. Hərbi idman oyunlarında həvəslə iştirak edən yeniyetmələr dözümlülük, cəldlik, qıvraqlıq, çeviklik kimi fiziki-iradi keyfiyyətlərə, atıcılıq, kəşfiyyatçılıq, rabitəçilik və s. hərbi bacarıq və vərdişlərə yiyələnirlər. Bu isə onların gələcəkdə ordu sıralarında mətin addımlar atmalarının başlıca şərti kimi qiymətləndirilir. Şagirdlər bu oyunlarda iştirak edərək Vətənimizin, rəşadətli xalqımızın tarixini, onun şərəfli döyüş yolunu mənimsəyir və vətəni öz əməli fəaliyyətləri ilə qorumağa hazırlaşırlar.

     Dərs şagirdlərin hərbi-idman oyunları ilə bağlı praktiki işlə başa çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi