H.Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirildi

     8 may 2019-cu il tarixdə 158 №-li tam orta məktəbdə ümummilli lider, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş "Xalqın qürur mənbəyidir" adlı tədbir keçirildi.

     Tədbir Dövlət himninin səsləndirilməsi ilə başladı. Dövlət himni səsləndirildikdən sonra Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Mehriban Ələkbərova Ulu öndərin xatirəsinin nəsillərin yaddaşında hər zaman yaşadığını bildirdi. Ulu öndər Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini deyən direktor ümummilli liderin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini diqqətə çatdırdı.

     Tədbirdə şagirdlər dahi şəxsiyyət Heydər Əliyevə həsr olunmuş şeirlər söylədilər.

 

 

 

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi