İntellektual yarışın qalibləri müəyyən olundu

29 aprel 2019-cu il tarixdə paytaxt məktəbliləri arasında “Dəyərlərimizi öyrənək” mövzusunda intellektual yarış keçirilib.

Yarışın təşkil olunmasının əsas məqsədi uşaq və gənclərin milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması, şagirdlərin istedad və qabiliyyətinin, dünyagörüşünün, intellektual səviyyəsinin daha da inkişaf etdirilməsindən ibarət olub.

Təhsil Nazirliyinin Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə razılığına əsasən, Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və BŞTİ-nin dəstəyi ilə keçirilən yarışda paytaxt üzrə 12 ümumi təhsil müəssisəsinin IX, X və XI sinif şagirdləri komanda şəklində mübarizə aparıb. Komandalar  5 üzv və 1 kapitan olmaqla 6 nəfərdən ibarət olub.

Yarışda 158 nömrəli tam orta məktəbin “Yasamal” komandası II yerin sahibi olub.və komanda üzvlərinə sertifikat verilib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi