Gənc fiziklərin finalçıları bəlli olub

25.04.2019-cu il tarixdə Gənc fiziklərin yaradıcılıq müsabiqəsinin rayon mərhələsi keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəbləri və Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin şagirdləri arasında keçirilən müsabiqənin rayon mərhələsində 266 ümumi təhsil müəssisəsindən 798 şagird mübarizə aparıb.

Məktəblilərin fizika  fənninə olan marağının daha da artırılması, onların bu sahədə nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi və istedadlı şagirdlərin aşkara çıxarılması məqsədilə təşkil edilən müsabiqədə IX, X, XI sinif şagirdləri iştirak ediblər.

Rayon mərhələsində şagirdlər 2 akademik saat ərzində ümumi təhsil və uşaq-gənclər inkişaf mərkəzlərinin proqramlarına uyğun olaraq 30 sualdan ibarət test tapşırığını və 2 məsələni yerinə yetiriblər.

Rayon mərhələsinin nəticələrinə əsasən Yasamal rayonu üzrə 158 №-li tam orta məktəbin komandası qalib gələrək final mərhələsinə vəsiqə qazanıb.

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi