Heydər Əliyev Mərkəzində “Oxu Günü” keçirilib

       Heydər Əliyev Mərkəzinin parkında keçirilən “Oxu Günü” tədbiri Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), Azərbaycan Respublikasının Gənclər Fondu və “Hədəf Nəşrləri”nin tərəfdaşlığı ilə reallaşıb. 

       “Gəlin birgə oxuyaq!” şüarı altında keçirilən “Oxu Günü”nün məqsədi yeniyetmə və gənclər arasında mütaliə mədəniyyəti və oxu vərdişinin inkişafı, kitaba marağın artırılmasına yönəlib. 

       Tədbirdə 158 №-li tam orta məktəbin şagirdləri Mir Cəlal Paşayevin “Bir gəncin manfesti” əsərindən hazırlanmış səhnəciklə və müxtəlif təqdimatlarla çıxış ediblər.

Məktəblilərin təqdimatları qonaqlar tərəfindən maraqla izlənib. 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi