“Şahin” hərbi-idman oyununun rayon mərhələsi keçirilib

11.04.2019-cu il tarixdə ümumi təhsil məktəblərinin VIII-X sinif şagirdləri arasında “Şahin” hərbi-idman oyununun paytaxt üzrə rayon mərhələsi keçirilib.

“Şahin” hərbi-idman oyunu Təhsil NazirliyiGənclər və İdman NazirliyiMüdafiə NazirliyiFövqəladə Hallar NazirliyiMədəniyyət NazirliyiSəfərbərlik və Hərbi Xidmətə          Çağırış üzrə Dövlət Xidməti və Veteranlar Şurasının birgə qərarı ilə təşkil edilib.

“Şahin” hərbi-idman oyununun keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərin hərbi vətənpərvərlik, milli ruhda tərbiyəsi işini daha da gücləndirmək, məktəblilərin hərbi hazırlıq səviyyəsini yüksəltmək, Gənclərin çağırışaqədərki hazırlığı (GÇH) fənninin tədrisini təkmilləşdirməkdən ibarətdir.

Rayon birinciliyi uğrunda mübarizə aparan 158 №-li tam orta məktəbin komandası III yerə layiq görülüb.  

24.04.2019-cu il tarixdə məktəbin direktoru M. Ələkbərova Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi tərəfindən "Şahin" hərbi-vətənpərvərlik oyunlarında əldə etdiyi yüksək nəticələrə görə "Fəxri fərman"la təltif olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi