“Oxu günü”nə həsr olunmuş tədbir

     12 aprel 2019-cu il tarixdə məktəbin kitabxanasında “23 Aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ günü”nə həsr olunmuş “Dəyirmi masa” keçirildi. “Dəyirmi masa”nın həsr olunduğu mövzu ilə bağlı direktorun tərbiyə işləri üzrə müavini (təşkilatçı) Qabil Nəsibov çıxış etdi. 

     “Dəyirmi masa” aprel ayında anadan olmuş böyük maarifçi, yazıçı Soltan Məcid Qənizadənin “Allah xofu” povestinin oxusuna həsr edilmişdir. İlk öncə, məktəbin 2”A” sinif şagirdlərinin S.M.Qənizadənin əsəri əsasında səhnələşdirdikləri nağıl-tamaşa böyük maraqla qarşılandı. Sonra isə 10”Ç” sinif şagirdlərinə söz verildi. Dahi sənətkarın “Allah xofu” əsəri şagirdlər tərəfindən ifadəli şəkildə oxundu. 

      “Allah xofu” əsərinin müzakirəsi zamanı müəllim və şagirdlər əsərin müasir dövr üçün əhəmiyyətindən danışdılar. Tədbirin sonunda şagirdlərin ifasında əsərdən səhnələşdirilmiş bir parça nümayiş olundu.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi