“Bakı-2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalına həsr olunmuş tədbir

      20-28 iyul 2019-cu il tarixlərində  keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalı ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Milli Olimpiya Komitəsinin birgə layihəsi olan  "Olimpiya Mədəniyyəti və Təhsil Proqramı" çərçivəsində 11 aprel 2019-cu il tarixdə 158 №-li tam orta məktəbdə "Azərbaycan-Italiya əbədi dostluğu” adlı tədbir keçirilib. Tədbirdə İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massarini və xanımı, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnsan resursları sektorunun müdiri Raman Məmmədov, Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, Yasamal Rayon Məhkəməsinin sədri  Araz Hüseynov, Yasamal Rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov və Milli Olimpia Komitəsinin əməkdaşları iştirak ediblər. Qonaqları və tədbir iştirakçılarını salamlayan məktəbin direktoru Mehriban Ələkbərova çıxışında bu tədbirin iki ildə bir dəfə, cüt deyil, tək illərdə qışda və yayda keçirildiyini, Avropa Gənclər Festivalının gənclərə Olimpiya hərəkatını tanıtmaq, Olimpiya dəyərləri və ideallarını öyrətmək məqsədi daşıdığını qeyd edərək, məktəbin idmançıları haqqında ətraflı məlumat verdi. Tədbirdə çıxış edənlər İtaliya-Azərbaycan dostluğunun tarixi köklərindən, XV Avropa Gənclər Yay Olimpiya Festivalından olan gözləntilərdən danışdılar.

      Tədbir şagirdlərin hazırladıqları kompozisiyalarla başa çatdı.     

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi