Aprel döyüşlərinin 3-cü ildönümü qeyd olundu

     Məktəbin müəllim və şardlərinin iştirakı ilə Aprel döyüşlərinin 3-cü ildönümünə həsr edimiş ümumi toplanış keçirildi. Toplantışda çıxış edən məktəbin direktoru Mehriban Ələkbərova Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı hərbiçilərimizin göstərdikləri qəhrəmanlıq və igidliklərdən danışdı. Bu döyüşlərdə məktəbin məzunlarından biri olan Cabbarxan İlham oğlu Hacıağayevin də qəhrəmanlıqla həlak olmasını və ölümündən sonra göstərdiyi igidlik və qəhrəmanlığa görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildiyini qeyd etdi. Tədbirdə çıxış edənlər ordumuzun tezliklə torpaqlarımızı düşməndən azad edəcəyinə inam ifadə etdilər.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi