31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş dəyirmi masa

    158 nömrəli tam orta məktəbdə müəllim və şagirdlərin iştirakı ilə 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş dəyirmi masa təşkil olundu. Soyqırım qurbanlarının və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Məktəbin tarix müəllimi Almara Məmmədova Azərbaycanlıların soyqırımı ilə bağlı ətraflı çıxış etdi.

    Tədbirdə çıxış  edən məktəbin direktoru Mehriban Ələkbərova Azərbaycan xalqı və dövlətinin soyqırım qurbanlarının xatirəsini daim əziz tutduğunu, onların heç vaxt unudulmayacağını söylədi. Direktorun tərbiyəvi işlər üzrə müavini Qabil Nəsibov tədbir iştirakçılarını erməni faşizminin iç üzünü görmək üçün bu tarixi hadisələrdən ibrət götürməyə çağırdı.

 

 

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi