Xocalı Faciəsi Əsrin Faciəsidir

Bu gün məktəbimizdə 26 Fevral-Xocalı faciəsinin 24-cü ildönümünə həsr olunmuş tədbir keçirildi.Tədbirdə Yasamal rayonu İcra Hakimiyyətinin ictimai-siyasi humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Xaqani Orucov,Milii qəhrəman Gültəkin Əsgərovanın anası,Beynəlxalq Qızıl Qələm mükafatı laureatı Rəfiqə xanım,Azərbaycan Bayrağı ordenli,qəhrəman şəhid Aydın Manerovun həyat yoldaşı Kərimova Gülarə xanım,Qardaş Türkiyədən Türk dili öğrətməni Sevgi xanım İldırım,Yasamal rayonu Qadınlar cəmiyyətinin sədri,sülhməramlı səfir Validə xanım Vəliyeva,Azərbaycan Qadınlar Cəmiyyətinin Təhsil şöbəsinin müdiri Abutel Mirzəyeva iştirak etdi.Tədbiri giriş sözü ilə məktəbimizin direktoru Ələkbərova Mehriban xanım açıq elan etdi,Xocalıda törədilən vəhşət danışaraq,ölənlərin ruhunu bir dəqiqəlik sükutla yad etdi.Sonra qonaqlar çıxış edərək Xocalı hadisələrindən danışdılar.Tədbir məktəbimizin şagirdlərinin ifasında təşkil olunmuş ədəbi-bədii kompozisiya ilə davam etmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi