“N”  saylı hərbi hissədə "Novruz bayramı" təntənə ilə qeyd olundu

     158 nömrəli tam orta məktəbdə artıq neçə illərdir ki, xalqımızın ən əziz bayramı olan Novruz bayramı təntənə ilə qeyd olunur. Ənənəyə sadiq qalaraq bu il də silsilə tədbirlər təşkil olunub. Belə ki, məktəbin müəllim, şagird və valideyinləri 18 mart 2019-cu il tarixdə “N” saylı hərbi hissədə keçirilən tədbirdə iştirak edib, əsgərlərimizə bəzədilmiş xonçalarda bayram sovqatı veriblər.

    Tədbirdə çıxış  edən məktəbin direktoru Mehriban Ələkbərova əsgərləri insan həyatına yenilik, süfrələrə xeyir-bərəkət bəxş edən Novruz bayramı münasibətilə təbrik edib, onlara xoş günlər arzulayıb. Şagirdlər tərəfindən Novruza həsr olunmuş səhnəciklər göstərilib, mahnılar oxunub, milli adət-ənənələrimiz nümayış olunub.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi