158 №-li tam orta məktəbdə Xocalı soyqırımının 27-ci ildönümü münasibəti ilə tədbirin keçirilməsi.

158 №-li tam orta məktəbdə Xocalı soyqırımının 27-ci ildönümü

münasibəti ilə keçirilmiş tədbirlər haqqında məlumat

          Azərbaycan Respublikasının Təhsil nazirinin 12 fevral 2019-cu il tarixli F-78 №-li əmri ilə təsdiq edilmiş  “Xocalı soyqırımının 27-ci ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin Tədbirlər Planı”na əsasən 25 fevral 2019-cu il tarixdə 158 №-li tam orta məktəbdə Xocalı soyqırımına həsr olunmuş dəyirmi masa təşkil edildi. Tədbir iştirakçıları əvvəlcə  məktəbin birinci mərtəbəsində “Xocalı soyqırımı”na həsr edilmiş sərgi ilə tanış oldular. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Xocalı şəhidlərinin və vətən uğrunda şəhid olanların ruhu 1 dəqiqəlik sukutla yad edildi. Məktəbin tarix müəllimi Arzu Ədilova tədbir iştirakçıları qarşısında çıxış edərək Xocalı faciəsi haqqında geniş məlumat verdi. O, çıxışında qeyd etdi ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal etdi. Fevralın 26-sı 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəldi. Bu soyqırım nəticəsində 63-uşaq, 106-qadın, 70-i qoca ve yaşlı olmaqla 613 nəfər Xocalı sakini qətlə yetrildi. 8 ailə tamamilə qətlə yetrildi, 25 usaq hər 2 valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 Xocalılı əsir, 150 Xocalılı itgin düsdü. A.Ədilova bu faciənin miqyasına və xarakterinə görə soyqırım olmasını faktlarla izah etdi.

Tədbirdə məktəblilərin Xocalı soyqırımına həsr etdikləri səhnəciklər nümayiş olundu. Tədbirin sonunda məktəbin direktoru Mehriban Ələkbərova və direktorun tərbiyəvi işlər üzrə müavini Qabil Nəsibov çıxış edərək Xocalı soyqırımının beynəlxalq aləmdə böyük əks-səda doğurduğunu, erməni vəhşilərinin əsl simalarının göründüyünü, faciənin bir çöx dövlətlər tərəfindən soyqırım kimi tanındığını, gec də olsa Azərbaycan xalqının haqq səsinin beynəlxalq təşkilatlar tərəfindən eşidildiyini bildirdilər.

Xocalı soyqırım qurbanlarını anmaq və Azərbaycanın haqq səsinin eşidilməsi məqsədilə “Xocalıya ədalər” şüarı altında Bakı şəhərində yerləşən Xocalı abidəsinə təşkil edilmiş yürüşdə məktəbin 20 nəfər müəllimi könüllü olaraq iştirak etdi.   

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi