158 №-li tam orta məktəbdə “Valideynin məktəbdə bir günü” adlı layihə çərçivəsində görüş

Bakı şəhəri 158 №-li tam orta məktəbdə “Valideynin məktəbdə bir günü” adlı layihə çərçivəsində görüş keçirildi.Görüşdə TİPİİ-nin direktor müavini Nəzakət Mehdiyeva, Təlimə Dəstək Mərkəzinin  metodisti Xuraman Əliyeva, Bakı Dövlət Universitetinin Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası kafedrasının dosenti Nərminə Seyfullayeva, məktəbin pedoqoji kollektivi və valideynlər iştirak etdilər. Məktəbin direktoru Mehriban Ələkbərova layihənin əhəmiyyəti barədə danışdı. O, bildirdi ki, layihə valideynlərin məktəb mühiti ilə daha yaxından tanış olmasını təmin edir. Həmçinin müəllim – valideyn münasibətlərinin inkişafı baxımından əlverişli psixoloji mühitin yaradılmasında mühüm rol oynayır.

Daha sonra valideynlər məktəb mühiti ilə tanış oldular, onlara məktəbin fəaliyyəti, tədris prosesi barədə ətraflı məlumat verildi. TİPİİ-nin direktor müavini N.Mehdiyeva və Təlimə Dəstək Mərkəzinin metodisti X.Əliyeva çıxış edərək valideynlərin məktəb mühitinə göstərə biləcəkləri töhfələr barədə fikirlərini bildirdilər, valideynlərin təklifləri dinlənildi və tədris prosesinin təşkilinin daha da təkmilləşdirilməsi ətrafında səmərəli fikir mübadiləsi aparıldı. Eyni zamanda bütün siniflərdə nümunəvi dərslər təşkil edilmişdir. Valideynlərin iştirakı ilə tədris prosesini izləmək üçün dərs müşahidələri keçirildi. Görüşün sonunda şagirdlərin hazırladıqları ədəbi-bədii kompazisiyalar da nümayiş olundu. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi