Ümumilli Liderin anım Günü qeyd edildi.

Bugün Ümummilli liderimiz Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir təşkil edilmişdir. 158 № li məktəbin şagirdlərinin ifasında səslənən şeirlərdə və musiqilərdə Azərbaycan xalqının rəmzinə, əməlləri isə hünər timsalına çevrilən, həyat və fəaliyyəti doğma xalqına və torpağa məhəbbət, sədaqət meyarı olan Heydər Əliyevin hər bir kəsin qəlbində sadəliyi, səmimiyyəti, alicənablığı, vətənpərvərliyi və bütün digər yüksək insani keyfiyyətləri ilə unudulmaz izlər buraxdığının bir daha şahidi olduq. Məktəbin direktoru Mehriban Ələkbərova tədbiri açıq elan etdikdən sonra nümayiş edilən rolikdə Heydər Əliyevin həyat və əmək fəaliyyəti işıqlandırılmış və məktəbin kollektivinin dahi şəxsiyyətin məzarını ziyarət etməsindən kadrlar nümayiş etdirilmişdir. H.Əliyevin əbədi xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra şagirdlərin, direktor müavinlərinin və tarix müəllimlərinin təqdimatları dinlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi