"Azadlığa Gedən yol" 20 Yanvar faciəsinə həsr olunmuş tədbir

19 Yanvar 2016-cı ildə məktəbimizin akt zalında Şanlı tariximiz olan 20 Yanvara həsr olunmuş tədbir keçirilmişdir.Tədbirdə məktəbimizin şagirdlərinin təqdimatında ədəbi bədii kompozisiya təqdim olunmuşdur.Tədbirdə Yasamal rayonu Mirzə Şəfi Vazeh adına kitabxanın əməkdaşları,məktəbin şagird və müəllim kollektivi iştirak etmişdir.Çıxış edənlər 20 Yanvar hadisələrindən danışaraq Bakıya basqın edən Sovet tanklarının qarşısına silahsız,günahsız insanların necə sinə gələrək özlərini qurban verməyindən danışdılar.Sonra şagirdlərin ifasında şeirlər dinlənildi və 20 Yanvara həsr olunmuş slaydlar göstərildi.Sonda Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilidi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi