Ümummilli Lider H.Əliyevin anım gününə həsr edilmiş "XALQIN PARLAQ GÜNƏŞİ" adlı ədəbi - bədii kompozisiya

10.12.2015 – ci il tarixində 158 № li məktəbin akt zalında məktəbin şagirdləri və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə birlikdə Azərbaycanın memarı və qurucusu, ümummilli liderimiz Heydər Əliyevin anım gününə həsr olunmuş “Xalqın parlaq günəşi” adlı tədbiri təşkil edilmişdir. 158 № li məktəbin şagirdlərinin və sənətkarların ifasında göstərilən kompoziyanı izlədikcə adı Azərbaycan xalqının rəmzinə, əməlləri isə hünər timsalına çevrilən, həyat və fəaliyyəti doğma xalqına və torpağa məhəbbət, sədaqət meyarı olan Heydər Əliyevin hər bir kəsin qəlbində sadəliyi, səmimiyyəti, alicənablığı, vətənpərvərliyi və bütün digər yüksək insani keyfiyyətləri ilə unudulmaz izlər buraxdığının bir daha şahidi olduq. Məktəbin direktoru Mehriban Ələkbərova tədbiri açıq elan etdikdən sonra nümayiş edilən rolikdə Heydər Əliyevin həyat və əmək fəaliyyəti işıqlandırılmış və məktəbin kollektivinin dahi şəxsiyyətin məzarını ziyarət etməsindən kadrlar nümayiş etdirilmişdir. H.Əliyevin əbədi xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra söz tədbirin qonaqları Yasamal rayon İcra Hakimiyyətinin müavini Təravət Muradova, Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetinin rektoru, sənətşünaslıq üzrə elmlər doktoru Fərəh Əliyeva, BŞTİ –nin baş məsləhətçisi Firudin Abbasov H.Əliyevin mətbuat katibi Aqşin Babayev, Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatında Aparat rəhbəri Tağı Əhmədov, çıxış edərək H.Əliyev haqqında olan ali hisslərini, onunla bağlı təəssüratlarını bölüşmüşlər.Daha sonra şagirlərin ifasında “Xalqın parlaq günəşi” adlı ədəbi – bədii kompozisiya nümayiş etdirilmiş, Respublikanın əməkdar artistləri - bədii qiraətçilər Ağalar Bayramov, Azad Şükürov çıxış etmiş, İlqar Muradov, Teyyub Aslanov, Zakir Əliyev ifasında H.Əliyevin sevdiyi mahnıları dinlənilmişdir. Yüksək təşkilatçılıqla təşkil edilən ədəbi – bədii kompozisiyada Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər olduğu şagirdlərə aşılandı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi