"Xalq şairi Nəriman Həsənzadə ilə görüş"

 

                  27 dekabr 2017-ci il tarixində Bakı şəhəri Yasamal rayonundakı 158 №li tam orta məktəbdə Azərbaycanın xalq şairi Nəriman Həsənzadə ilə “Dünyanı sən mənə, sən bağışladın” adlı görüş keçirildi.

 

               Tədbiri giriş sözu ilə açan məktəbin direktoru Mehriban xanım Ələkbərova xalq şairi Nəriman Həsənzadəni və gələn qonaqları öz ürək sözləri ilə salamladı.

 

                Sonra Azərbaycanın xalq artisti Gülyanaq Məmmədova  sözləri xalq şairi  Nəriman Həsənzadəyə məxsus olan “Sən bağışladın” mahnısını ifa etdi.

 

                Söz məktəb şagirdlərinə verildi. Şagirdlərin ifasında xalq şairi Nəriman Həsənzadə yaradıcılığını əhatə edən  “Dünyanı sən mənə, sən bağışladın” adlı ədəbi - bədii kompozisiya səsləndi. Qeyri – adı şagird ifaları şair  Nəriman Həsənzadə və qonaqlar tərəfindən çox böyük maraqla qarşılandı.

 

                Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Xuraman Əliyevaya söz verildikdə,. o, sevimli xalq şairi Nəriman Həsənzadənin “Bu dünya nərdivandır” şeirini söylədi.         

 

               Görüşdə  Yasamal RİH başçısının müavini Təravət xanım Muradova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Xalidə İbrahimova, Yasamal Rayon YAP-ın üzü, respublikanın əməkdar həkimi Sədaqət xanım Xudiyeva, Azərbaycanın xalq artisti Gülyanaq Məmmədova, Gürcüstan Rüspublikası Aşıqlar Birliyinin sədri Dərviş Osman Əhmədoğlu,  Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dosenti Hacan Hacısoy, Azərbaycan İncəsənət Universitetinin dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, şair Fəzail Misginli, aşıqlar məclisinin üzvü, şairə, publisist Güllü Eldar Tomarlı, “Aşıq Pəri” məclisinin üzvü Gözəl Kəlbəcərli iştirak etdilər.

 

                  Hamının böyük həsrətlə gözlədiyi dəqiqələr yetişdi. Söz  Azərbycanın xalq şairi Nəriman Həsənzadəyə verildi. Şair çıxışında məktəbin direktoru Mehriban xanım Ələkbərovaya  görüşün yüksək səviyyədə təşkil edildiyindən məmnun olduğunu, gözəl ifalarına görə şagirdlərə xüsusu təşəkkürünü bildirdi, şeirlərindən birini ifa etdi və ona ünvanlanan suallara cavab verdi.

Görüşün sonunda xatirə şəkilləri çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi