"NARKOMANİYA ƏSRİN BƏLASIDIR" mövzusunda Tədbir keçirildi.

Müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaranı narkomaniya və narkobiznesdir. Narkomaniya və narkobiznes təkcə insanların sağlamlığına, mənəviyyatına deyil, həm də dünya iqtisadiyyatına ciddi zərbə vurur.Bəşəriyyətin bu dəhşətli bəlasına qarşı ayrı-ayrı dövlətstrukturları, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri (KİV), hüquq-mühafizə orqanları, təhsil və səhiyyə sistemi birgə mübarizə aparmaqla onun qismən də olsa yayılmasının və kütləvi hal almasının qarşısını ala bilər. Bununla bağlı Yasamal rayonu Polis İdarəsinin rəisi polis polkovniki İsfəndiyar Mehbalıyev, Yasamal rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin rəisi, polis polkovnik leytenantı Qəhrəman Qələndərov, Yasamal rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin rəisi ,polis mayoru Anar Süleymanov ,Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin rəisi,polis polkovnik leytenantı Eldar Qazibəyov məktəbimizdə maarifləndirmə tədbiri keçirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi