Son Zəng tədbiri keçirildi.

İnsan həyatında elə günlər olur ki, ömür boyu unudulmur. Bu yaddaqalan, hər an xatırlana biləcək günlərdən biri də “Son zəng” günüdür. Uşaqlığımızın ən çılğın, ən qayğısız vaxtları məktəb illərində olur. Hər dəfə məktəbdən söz düşəndə, məktəbi görəndə ürəyimiz sızıldayır, qəlbimizin dərinliklərindən “kaş o günlərə dönə biləydim” arzusu keçir. Məktəblərdə bir canlanma, şagirdlərdə sevinc dolu bir nisgil hiss olunur. Onbirincilər bu günə xüsusi olaraq hazırlaşırlar. Şeir axtarıb tapan kim, mahnı yazdıran kim, ssenari quran kim…Bu gun bizim məktəbdə də qeyd edildi. Tədbiri giriş sözü ilə məktəbin direktoru Ələkbərova Mehriban açdı. 11ci sinif şagirdlərinin iştirakı ilə Dövlət bayrağımız meydana gətirildi və Dövlət himnimiz səsləndirildi. Məzunların ifasında mahnılar, çıxışlar və rəqslər nümayiş edildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi