Mirzə Ələkbər Sabirin 155 illiyi ilə bağlı tədbir keçirildi.

02 may 2017 – ci il tarixində Bakı şəhəri, Yasamal rayonu 158 № li məktəbdə Azərbaycanın görkəmli şairi Mirzə Ələkbər Sabirin anadan olmasının 155 illiyi qeyd olundu. Tədbirdə BDU – nun dosenti, “Mirzə Ələkbər Sabir Fondu”nun prezidenti Sevda Tahirli, “Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi”nin idarə heyətinin katibi Nəcibə İlkin, “Carçı” jurnalının baş redaktoru Gülnarə Əmirquliyeva, “Dünya Azərbaycanlıları İctimai Birliyi”nin sədri, “Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək İctimai Birliyi”nin sədri Tofiq Əlizadə iştirak edirdi.Tədbiri giriş sözü ilə açan 158 № li məktəbin direktoru Ələkbərova Mehriban xanım ilk çıxış üçün sözü Mirzə Ələkbər Sabirin nəvəsi Sevda Tahirliyə verdi.Sevda xanım bu tədbiri təşkil edən hər bir kəsə, tədbirin iştirakçılarına və 158 № li məktəbin direktorunu Mehriban xanıma rəhbərlik etdiyi təşkilat və ailəsi adından dərin təşəkkürünü bildirdi. “Mirzə Ələkbər Sabir Fondu”nun prezidenti dahi şairin həyatından maraqlı məqamları ilə tədbir iştirakçıları tanış etdi.Daha sonra tədbir 158 nömrəli məktəbin şagirdlərinin ifasında M.Ə.Sabirin qələmindən çıxan bir – birindən maraqlı şeirlər, şairin sözlərinə bəstələnmiş mahnılar, eyni zamanda əsərlərindən səhnəciklər nümayiş etdirildi.Şagirdlərin ifalarından sonra çıxış üçün söz “Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi”nin idarə heyətinin katibi Nəcibə İlkinə verildi. Nəcibə xanım cəmiyyət və yetişməkdə olan gənc nəslin tərbiyəsində Sabir yaradıcılığının mühüm və əvəzsiz rolundan danışdı.Sonda şagirdlər fəxri fərmanlarla təltif edildi, xatirə şəkli çəkildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi