"Narkomaniyaya Yox Deyək" adlı tədbir keçirildi.

Müasir dövrümüzdə cəmiyyəti düşündürən və narahat edən ən ürək ağrıdan problemlərdən biri də bəşriyyətin ciddi bəlasına çevrilən narkomaniyadır.Narkomaniya ilə mübarizə uzunmüddətli, çoxşaxəli, külli miqdarda pul vəsaiti tələb edən bir prosesdir.Bu problemin ictimai təhlükəli olması isə ondan ibarətdir ki, bu cinayət həmişə gizli şəraitdə baş verir, nəzarətdən kənarda qalır və günü-gündən artır. Narkomaniyanın Azərbaycanda qarşısının alınması üçün ilk növbədə vacib olan tədbirlərdən biri, ölkədə qeyri-qanuni yolla dövriyyədə olan narkotiklərə nəzarət və narkomanların təqribi də olsa qeydiyyata alınmasıdır. Son zamanlar Respublikamızda narkomaniyaya qarşı mübarizədə hüquq muhafizə orqanları ilə yanaşı,digər təşkilatlar da bir sıra işlər görür.Təşkilatlar insanlar arasında maarifləndirmə işləri vasitəsilə onları narkotik vasitələrdən uzaq olmağa çağırırlar. Bu məqsədlə də bugün məktəbimizdə Narkomaniya ilə mübarizəyə dair tədbir keçirildi. Tədbirdə Bakı Şəhəri Polis İdarəsinin ictimai təhlükəsizlik şöbəsinin əməkdaşı Məryəm Ömərova, Narkotiklərlə mübarizə idarəsinin əməkdaşı Vüqar Nəcəfov iştirak etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi