Ekoloji aylıqlar layihəsi çərçivəsində "Dəyirmi masa" keçirildi

Dünya ölkələrinin uzun illər ərzində istifadə etdikləri ənənəvi enerji mənbəyi sayılan karbohidrogen ehtiyatları getdikcə tükənməkdədir. Neft-qaz ehtiyatlarının tükənməsi dünyada alternativ və bərpa olunan enerji mənbələrindən istifadə zərurətini yaradır. Buraya müəyyən qurğuların yardımı ilə sudan, küləkdən, günəşdən, bioloji tullantılardan, hətta dənizin dalğalarından alınan, heç bir tullantısı olmayan enerji resursları daxildir. Bu enerjidən istifadə olunmasının üstünlüyü ondan ibarətdir ki, o, ekoloji cəhətdən heç bir problem yaratmır, təbiəti heç bir zərərli tullantı ilə çirkləndirmir. Artıq bu sahənin inkişafı Azərbaycan dövlətinin diqqətindədir. Yerləşdiyi əlverişli coğrafi mövqe və iqlim şəraiti Azərbaycanda ekoloji cəhətdən təmiz alternativ (bərpa olunan) enerji mənbələrindən geniş istifadə edilməsinə imkan verir. Ölkənin təbii potensialından istifadə etməklə alternativ enerji mənbələrinin elektrik və istilik enerjisi istehsalına cəlb edilməsi elektroenergetikanın gələcək inkişaf istiqamətlərində mütərəqqi dəyişikliklər etməyə imkan yaradar. Odur ki, 2004-cü ildə "Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı" qəbul edilib. Bununla bağlı məktəbimizdə "Ekoloji aylıqlar" layihəsi çərçivəsində alternativ enerji mənbələri mövzusunda "Dəyirmi masa" keçirildi. Tədbir məktəbin coğrafiya müəllimi Fatma Xudiyeva tərəfindən 9-cu sinif şagirdlərinin iştirakı ilə keçirildi. Tədbirdə şagirdlər alternativ enerji mənbələrinin, üstün cəhətləri haqqında müzakirə apardılar. Tədbirdə direktor, direktor müavinləri və fənn müəllimləri iştirak etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi