Aprel döyüşlərinin ildönümü ilə əlaqədar tədbir keçirildi

2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş hərbi münaqişə, dördgünlük müharibə zamanı, Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad edib, Füzuli rayonu istiqamətində yerləşən "Lələ təpə" adlandırılan yüksəkliyə nəzarəti ələ keçiriblər. Döyüşlər nəticəsində, Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin etdi. Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin bir neçə hərbi qulluqçusu şəhid olub, 1 Mi-24 helikopteri vurulub və 1 tank mina partlayışı zamanı sıradan çıxıb. Döyüşlərdə ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, 320 döyüşçüsü öldürülüb və 500-dən artıq döyüşçüsü yaralanıb. Bu döyüşlərdə məktəbimizin məzunu Hacıağayev Cabbarxan İlham oğlu şəhid olmuşdu. Aprel döyüşlərini ildönümünü anmaq məqsədi ilə bu gün məktəbimizdə tədbir keçirildi. Tədbiri giriş sözü ilə məktəbin direktoru Mehriban Ələkbərova açdı. Sonra vətən yolunda canından keçən bütün şəhidlərin ruhu bir dəqiqəlik sükutla anıldı. Məktəbin tarix müəllimi Mətanət Əliyeva aprel döyüşləri haqqında məlumat verdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi