31 mart Azərbaycanlıların Soyqırım Günü

1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların Soyqırımı Günü kimi anılır. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. 31 Mart soyqırımı ilə əlaqədar məktəbin kitabxanasında "Dəyirmi masa" keçirildi. Tədbirdə məktəbin direktoru Mehriban Ələkbərova, direktor müavinləri, tarix müəllimi Almara Məmmədova soyqırım ilə bağlı şagirdləri məlumatlandırdılar. Şagirdlərin ifasında səhnəciklər nümayiş etdirildi və şeirlər söylənildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi