Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Xalqa bağışlanan ömür"

Bakı şəhəri 158 nömrəli tam orta məktəbdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Xalqa bağışlanan ömür" adlı ədəbi-bədii gecə keçirildi.Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Məktəbin direktoru Mehriban xanım Ələkbərova giriş nitqi söyləyərək tədbiri açıq elan etdi. Tədbirdə Millət vəkili Anar İsgəndərov, Yasamal Rayonu İcra Hakimiyyəti başçısının müavini Təravət xanım Muradova, YAP Yasamal rayon şobəsinin sədri Bəxtiyar Nəbiyev, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdîr müavini Hüseyn Əsgərov , Xalq Artisti Ağadadaş Ağayev, digər rəsmilər ,müəllim ,şagird və valideyn kollektivi iştirak edirdi . Daha sonra şagirdlərin ifasında "Xalqa bağışlanan ömür" adlı kompozisiya təqdim olundu. Sonda YAP Yasamal rayon təşkilatı tərəfindən məktəbin direktoru və bir qrup müəllimə Fəxri Fərmanlar təqdim edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi