6 "c" sinif şagirdi Məmmədov Kamran Ceyhun oğlu Respublika üzrə keçirilən Məntiq Olimpiadasında 23834 şagird arasında qalib olmuşdur.

Lütfi Zadə adına Məktəblilərarası I Məntiq Olimpiadasında iştirak edən məktəbimizin 6"c" sinif şagirdi Məmmədov Kamran Ceyhun oğlu ən yüksək nəticə toplayan 83 nəfərdən biridir. O III yeri tutaraq Bürünc medal ilə mükafatlandırılmışdı.Bilik yarışının qaliblərini təbrik edən təhsil nazirinin müavini Ceyhun Bayramov məntiq olimpiadasının əhəmiyyətindən söhbət açıb, ölkəmizdə istedadlı gənclərin inkişafı ilə bağlı həyata keçirilən tədbirləri nəzərə çatdırıb. Təhsil Nazirliyinin istedadlı şagirdlərin seçilib inkişaf etdirilməsinə xüsusi diqqət ayırdığını qeyd edən nazir müavini bu məqsədlə yaradılmış Olimpiadalara Hazırlıq Mərkəzlərinin fəaliyyəti haqqında fikirlərini bildirib. Gələcəkdə məntiq olimpiadasının coğrafiyasının genişləndirməsinin mümkünlüyünü söyləyən C.Bayramov ölkənin digər şəhər və rayonları üzrə məktəblilərin də bu layihəyə cəlb edilməsinin əhəmiyyətindən söhbət açıb.M.Vəliyeva böyük azərbaycanlı alim Lütfi Zadənin 95 illik yubileyinə həsr olunmuş məntiq olimpiadasında paytaxtın 292 məktəbindən 23 834 nəfər V-VI sinif şagirdinin iştirak etdiyini bildirib. Onlardan 2 375 nəfərin finalda iştirak hüququ qazandığını vurğulayan idarə müdiri yekun mərhələdə ən yüksək nəticə göstərən 83 şagirdin mükafatçılar sırasına daxil olduğunu söyləyib. İdarə müdiri qeyd edib ki, məktəblilərin marağı nəzərə alınaraq, olimpiadanın hər il keçirilməsi nəzərdə tutulub.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi