Məktəbin 55 illik yubiliyinə həsr olunmuş "55 illik ömür yolu" adlı tədbir keçirilmişdir.

158 nömrəli tam orta məktəbin 55 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib. Tədbirdə məktəbin tarixinə, bu gününə həsr olunmuş video çarxlar nümayiş etdirilərək 55 illik ömür yoluna nəzər salınmış və məktəbin inkişaf yolundan danışılmışdır. Bakı şəhəri Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyevanın, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevin, Yasamal Rayon İcra Hakimiyyətinin müavini Təravət Muradovanın, məktəbin fəxri məzunları – millət vəkili İlham Əliyevin, AR Energetika Nazirliyinin Aparat rəhbəri İftixar Hüseynovun, ADPU – nun rektoru Cəfər Cəfərovun, Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyevin, SHXÇ üzrə dövlət xidmətinin mərkəzi- hərbi həkim, polkovnik Fikrət Əliyevin və bir sıra başqa dövlət rəsmilərinin, məzunların, müəllim və qabaqcıl şagirdlərin iştirak etdiyi tədbirdə məktəbin şagirdlərinin ifasında rəqslər, Xalq artisti Simarə İmanovanın və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin pedaqoqu Cavid Hüseynin ifasında mahnılar dinlənilmişdir. Məktəbdə eyni zamanda multikulturalizm ilinin yekunu ilə əlaqədar müxtəlif dövlətlərin mədəniyyətlərini əks etdirən stendlər hazırlanaraq qonaqlara nümayiş etdirilmişdir. .
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi