Ümummilli lider Heydər Əliyev Müstəqil Azərbaycanın yaradıcısıdır

1 may 2015-ci ildə məktəbimizdə Ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə dəyirmi masa keçirildi.Tədbirdə məktəbimizin müəllim və şagird kollektivi iştirak etdi. Tədbiri giriş sözü ilə məktəbin əməkdar tarix müəllimi Babək Xubyarov açdı. O bir tarixçi kimi ulu öndərin həyat və fəaliyyətini geniş şəkildə işıqlandırdı. Məktəbimizin 8,9 və10-cu sinif şagirdləri dahi insanın uşaqlıq və gənclik dövrünü, SSRİ dövründə hakimiyyətini, Müstəqil Azərbaycanın memarı olduğu dövrü, xarici və daxili siyasətini debat formasında müzakirə etdilər.Tədbirə səkkizinci sinif şagirdlərinin Heydər Əliyev haqqında söylədikləri şerlər bədiilik qatdı.Tədbiri yekun sözü ilə məktəbimizin direktoru, respublikanın əməkdar müəllimi Zemfira Səmədova yekunlaşdırdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi