"Ana dilimizi qoruyaq!" adlı tədbir

Bakı şəhəri 158 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Xuraman Əliyevanın təşkilatçılığı ilə 8b sinif şagirdləri "Heydər Əliyev ili" çərçivəsində 21 Fevral Beynəlxalq Ana Dili Gününə həsr olunmuş "Ana dilimizi qoruyaq!" adlı tədbir keçirtdilər.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra, tədbir iştirakçıları şəhidlərin və Türkiyədə təbii fəlakət zamanı həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.Məktəbin direktoru Mehriban xanım Ələkbərova tədbiri açıq elan edərək Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir iştirakçılarını təbrik etdi. Daha sonra Xuraman Əliyeva Ana dilimizin keçdiyi tarixi yol ,dilimizin saflığı haqqında məlumat verdi. Sonda şagirdlər ana dili haqqında hazırladıqları kompozisiya ilə çıxış etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi