Məktəbin şagirdlərinin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin anım günü qeyd olundu.

12.12.2016-cı ildə məktəbin şagirdlərinin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin anım günü qeyd olundu. Tədbirdə ilk öncə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra şagirdlərin ifasında şeirlər söylənildi, Heydər Əliyə həsr olunmuş musiqi nömrələri təqdim edildi. Ulu Öndərin keçdiyi ömür yoluna video çarxla nəzər salındı, məktəbin 8 "ç" sinif şagirdi Balayeva Hüriyyənin ifasında "Xalq Heydər söyləcək" mahnısını səsləndirdi. Məktəbin direktoru Mehriban Ələkbərova cıxış edərək görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyəti dövlət müstəqilliyinin qorunub saxlanılması və möhkəmlənməsində əvəzolunmaz xidmətləri, ölkəmizə qazandırdığı nailiyyətlər haqqında geniş məlumat verdi. Tədbir Heydər Əliyevin xatirəsinə həsr olunmuş sənədli filmin nümayişi ilə başa çatdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi