Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyinə həsr olunmuş "Adım Ələsgərdir,Göyçə mahalım!" adlı tədbir

Bakı şəhəri 158 nömrəli tam orta məktəbdə Tərbiyə işləri üzrə direktor müavini Nəzakət Cəfərovanın təşkilatçılığı, Azərbaycan dili və ədəbiyyatı müəllimləri Vəsilə İbrahimova, Humay Əhmədova və Aygün Əhmədovanın iştirakı ilə Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyinə həsr olunmuş "Adım Ələsgərdir,Göyçə mahalım!" adlı tədbir keçirildi. Tədbirdə Aşıqlar Birliyinin sədr müavini filologiya üzrə fəlsəfə doktoru Altay Məmmədov, Aşıqlar Birliyinin katibi Musa Nəbioğlu, "Dədə Ələsgər ocağı" İctimai Birliyinin sədri Aşıq Ələsgərin nəticəsi Xətayi Ələsgər, "Dədə

Ələsgər" İctimai Birliyinin Humanitar məsələlər üzrə sədr müavini, Mirvarid Dilbazi Poeziya Məclisinın sədri Güllü xanım Eldar Tomarlı, Azərbaycan Aşıqlar Birliyinin üzvü, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi, fəlsəfə elmləri doktoru Fəzail Miskinli, Aşıq Rəfiqə Göyçəli və Yasamal Rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. Şagirdlərin ifasında sazın müşayiəti ilə Dədə Ələsgərin şeirlərindən nümunələr və mahnılar səsləndirildi. Tədbirin sonunda qonaqlar ürək sözlərini söyləyərək tədbirin ərsəyə gəlməsində əməyi olan hər bir kəsə təşəkkürlərini bildirdilər. Aşıq Ələsgərin nəticəsi Dədə Ələsgərin rəngli boya ilə çəkilmiş şəklini məktəbin direktoru Mehriban xanım Ələkbərovaya təqdim etdi. Sonda tədbir iştirakçıları və qonaqlar birlikdə xatirə şəkli çəkdirdilər

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi