28 May Respublika Gününə həsr olunmuş "Yaşa , Azərbaycan!" adlı möhtəşəm tədbir

27.05.2022-vi il tarixində Bakı şəhəri 158 nömrəli tam orta məktəbdə "Şuşa ili" çərçivəsində 28 May Respublika Gününə həsr olunmuş "Yaşa , Azərbaycan!" adlı möhtəşəm tədbir keçirildi. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra məktəbin tarix müəllimi Mətanət Əliyeva 28 May Respublika Günün yaranması haqqında məruzə söylədi,daha sonra şagirdlərin hazırladıqları şeir və musiqi nömrələri səsləndirildi. Tədbirdə çıxış edən məktəbin direktoru Mehriban xanım Ələkbərova Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Ali Baş komandan İlham Əliyev cənablarının rəhbərliyi,şanlı -müzəffər ordumuzun ,igid əsgərlərimizin sayəsində 44 günlük müharibədə qazandığımız Zəfər tarixindən danışaraq,28 May Respublika Günü münasibətilə bütün tədbir iştirakçılarını təbrik etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi