"Qarabağa gedirik!" adlı tədbir

20.05.2022-ci il tarixində Bakı şəhəri 158 nömrəli tam orta məktəbin tarix müəllimləri Almara Məmmədova, Gülüzar Behbudova , Azərbaycan dili və ədəbiyyat müəllimi Dürdanə Adıgözəlovanın təşkilatçılığı ilə 5A və 7B sinif şagirdlərinin iştirakı ilə "Şuşa ili" çərçivəsində "Qarabağa gedirik!" adlı tədbir keçirildi. Tədbirdə şagirdlər Qarabağın tarixi və bu gününə həsr olunmuş təqdimatlar, Qarabağa və igid,mətin oğullarımızın qəhrəmanlıqlarına həsr olunmuş şeirlər, mahnılar ifa etdilər.Qarabağın görkəmli şəxsiyyətləri -M.P.Vaqif,M.V.Vidadi, Xurşidbanu Natəvan obrazları şagirdlərin ifasında maraqla qarşılandı. "Şuşa,sən azadsan!", "Qarabağa gedirik!" sədaları ilə tədbir sona çatdı.

Sonda tədbirdə iştirak edən məktəbin direktoru Mehriban xanım Ələkbərova bu cür tədbirlərin şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük əhəmiyyəti olduğunu vurğulayaraq, bu tədbirin ərsəyə gəlməsində əməyi olan hər bir kəsə öz təşəkkürünü bildirdi və sagirdlərə gələcək təhsillərində uğurlar arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi