Pace al Mondo"--"Dünyaya sülh" adlı tədbir

Bakı şəhəri 158 nömrəli tam orta məktəbdə 18.05.2022-ci il tarixində "Şuşa ili" çərçivəsində Azərbaycan -İtaliya əməkdaşlığının möhkəmləndirilməsi məqsədilə italyan dilini tədris edən müəllimə Məryəm Əsədovanın təşkilatçılığı ilə italyan dilində "Pace al Mondo"--"Dünyaya sülh" adlı tədbir keçirildi. Azərbaycan və İtaliya Respublikalarının Dövlət Himnləri ilə başlanan tədbirdə italyan dili fənni keçirilən 6-7-ci sinif şagirdləri bir-birindən maraqlı şeirlər,məzəli səhnəciklər,kiçik tamaşalar və "Tarantella" rəqsi ilə çıxış etdilər.Rəqslərin hazırlanmasında 7n sinfinin rəhbəri Ülviyyə Ağayeva, səhnə tərtibatında 6n sinfinin rəhbəri Röyalə Əzizova yaxından iştirak etdilər.

Məktəbin direktoru Mehriban Ələkbərova və qonaqlar tədbirin sonunda çıxış edərək şagirdləri maraqlı çıxışlarına görə təbrik edib,onlara təhsillərində və gələcək fəaliyyətlərində bol-bol uğurlar arzuladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi