Mülki Müdafiə Günü

15.04.2022-ci il tarixində Bakı şəhəri 158 nömrəli tam orta məktəbdə " Mülki Müdafiə Günü" nə həsr olunmuş tədbir keçirilib. Məktəbdə əvvəlcə həyəcan siqnalı verildi.Tədbirdə qərargah rəisi Qərənfil Bəxtiyarova məktəbin direktoru Mehriban xanım Ələkbərovaya report verdikdən sonra şagirdlər öz bacarıqlarını nümayiş etdiriblər. Şərti olaraq zəlzələ baş verən ərazidən şagirdlərin köməyi ilə yaralılar təxliyə edilərək onlara ilkin tibbi yardım göstərildi.Şagirdlərdən ibarət bir qrup isə baş verən yanğın hadisəsinin qarşısını almağa çalışıblar.

Şagirdlərin nümayiş etdirdikləri bacarıqlar tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi