"Cənnətdəki doğum günün mübarək!

Bakı şəhəri 158 nömrəli tam orta məktəbdə 17.02.2022-ci il tarixində məktəbin tərbiyə işləri üzrə direktor müavini Nəzakət Cəfərovanın,tarix müəllimi Pərvanə Qələndərlinin və ibtidai sinif müəllimi Zəmləkət Zamanovanın təşkilatçılığı , 5ç və 4a sinif şagirdlərinin iştirakı ilə məktəbin məzunu şəhid Elvin Elçin oğlu İslamovun doğum gününə həsr olunmuş "Cənnətdəki doğum günün mübarək!" adlı tədbir keçirilmişdir. Tədbirdə şəhid Elvin İslamova həsr olunmuş videoçarx izləndikdən sonra şagirdlərin ifasında şəhidlərə həsr olunmuş şeirlər və musiqilər ifa olunmuşdur. Tədbirdə Yasamal Rayonu İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir İsmiyev, böyük məsləhətçi Tural Əsgərov ,səhid ailələri ,valideynlər iştirak edirdi.Tədbir iştirakçıarı şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra tədbiri giriş sözü ilə açan məktəbin direktoru Mehriban xanım Ələkbərova tədbir iştirakçılarını salamlayaraq, şəhid Elvin İslamov haqqında xatirələrini danışdı.Tədbirdən sonra məktəbin şagird,müəllim və valideyn kollektivindən ibarət nümayəndə heyəti Şəhidlər xiyabanına gedərək şəhid Elvin İslamovun məzarını ziyarət edib,gül dəstələri qoymuşlar. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi