"Müstəqil Azərbaycanın qurucusu"

Bakı şəhəri 158 nömrəli tam orta məktəbin tarix müəllimi Almara Məmmədovanın təşkilatçılığı ilə şagirdlər Yasamal rayonu Heydər Əliyev Mərkəzində "Müstəqil Azərbaycanın qurucusu" mövzusunda keçirilən açıq dərsdə iştirak etmişdilər. İlk öncə şagirdlərimiz Mərkəzin "Muzey" bolməs ilə tanış oldular.Mərkəzin bələdçisi şagirdlərə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətləri özündə əks etdirən eksponatlar, fotoşəkillər və kitablar haqqında ətraflı məlumat verdi.

Sonra tarix müəllimi Almara Məmmədova şagirdlərə Azərbaycanın qurucusu,xalqımızın ümummilli lideri Heydər Əliyevin ölkəmizin inkişafı üçün göstərdiyi mühüm işlərdən,dövlətçiliyimizin möhkəmləndirilməsində əvəzsiz xidmətlərindən danışdı.

Daha sonra şagirdlər Mərkəzdə təşkil olunan 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən Yasamal rayonu şəhidlərinin xatirəsini əks etdirən foto- stendlə tanış oldular.

Şagirdlərimizə yaratdıqları bu şəraitə görə Yasamal rayonu Heydər Əliyev mərkəzinin əməkdaşlarına öz təşəkkürümüzü bildiririk.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi