"ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN XATİRƏSİNİ EHTİRAMLA ANIRIQ."

"ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN XATİRƏSİNİ

EHTİRAMLA ANIRIQ."

2 dekabr tarixi müasir dövlətçiliyimizin banisi , ümummilli lider Heydər Əliyevin həyatla cismani vidalaşdığı gündür.

20-ci əsr bəşəriyyətə çox görkəmli şəxsiyyətlər bəxş etmişdir.Onlardan biri də Azərbaycan xalqının görkəmli oğlu, ümumdünya miqyaslı siyasətçi, zəmanəmizin böyük diplomatı Heydər Əliyevdir. Tarixdə tarix yaratmağa qadir olan, son min ilin yetirdiyi ən böyük Vətən oğlu,millət qəhrəmanı, xalqımızın dahi mütəfəkkiri Heydər Əliyev öz siyasəti ilə Azərbaycanın adını yüksəklərə qaldıraraq dünyaya tanıtdırmışdır. "Xalqım üçün firavanlıq və əmin-amanlıqdan başqa bir arzum yoxdur. ", "Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram."-- deyən Ulu Öndər bütün həyatını,fəaliyyətini xalqımıza,dövlətimizin çiçəklənməsinə həsr etmişdir.

İşğal olunmuş torpaqlarımızın azad olunması və köçkünlərin öz doğma yurdlarına qayıtmaları məsələsi Heydər Əliyev cənablarının çoxsahəli fəaliyyətinin mərkəzində dururdu.

Ruhun şad olsun,Ulu Öndər! Sizin ən böyük arzunuzu layiqli davamçınız,hörmətli Prezidentimiz,Ali Baş Komandan İlham Əliyev cənabları müzəffər ordumuzun köməyi ilə həyata keçirtdi. Artıq torpaqlarımız azaddır. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Müstəqil Azərbaycan yaşadıqca Ulu Öndər Heydər Əliyev də ürəklərdə yaşayacaqdır!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi