"Xarı bülbül ətirli Zəfər Günü" adlı tədbir keçirildi

05.11.2021-ci il tarixdə Bakı şəhəri 158 nömrəli tam orta məktəbdə 8 Noyabr Zəfər Gününə həsr olunmuş "Xarı bülbül ətirli Zəfər Günü" adlı tədbir keçirildi.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Mehriban xanım Ələkbərova Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik etdi, Ali Baş Komandanımızın ətrafında xalqın sıx birliyindən və müzəffər ordumuzun şücaətindən danışdı.

Tədbirdə Yasamal Rayonu İcra Hakimiyyəti Başçısının müavini Təravət xanım Muradova,1-ci və 2-ci Qarabağ müharibəsi iştirakçıları,qazilər,məktəbimizin şəhid məzunu Elvin İslamovun valideynləri və digər qonaqlar iştirak edirdilər.Tədbir qonaqları şagirdlərin rəsm ,əl işlərindən ibarət və "44günlük Zəfər tariximiz"adlı fotostend sərgisi ilə tanış oldular.Respublikanın Əməkdar artisti Zakir Əliyev Zəfər Gününə həsr olunmuş mahnı ilə tədbir iştirakçılarını təbrik etdi.

Şagirdlərin ifasında "Qələbəyə gedən yol" ,"Əsgərə məktub","Xudayarın təsnifi" ,"Bayraq"kompozisiyaları, məktəbin xor kollektivinin ifasında musiqilər təqdim olundu.

Tədbirin sonunda qonaqlara hədiyyələr təqdim olundu və xatirə şəkli çəkdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi